Şəxsi kabinet

Plastik kartlar

Qızıl, gümüş kartlar üzərində çap


Rəngli plastik kartların çapı intellektual, sürətli və istifadəsi rahat olan kart printerlərdə həyata keçirilir. Bu tip avadanlıqlarda fərdi plastik kartlar - xidməti, hədiyyəlik, smart tipli kartların operativ hazırlanması mümkündür. Bu avadanlıqlar yüksək rəng ötürmə qabiliyyətinə malik rəngli folqalı lentlə təchiz olunur. Çap növü isə rəngli sublimasiya və monoxrom termotransfer növlərdən ibarətdir. Kartın çap müddəti bir saatda tam rəngli rejimdə 144 ədəd, monoxrom rejimdə isə 900 ədəd təşkil edir. Plastik kart konkret olaraq 86x54 mm ölçüdə çap olunur.