Şəxsi kabinet

İri formatlı çaplar

Vinil çapı


Vinil üzərində çap iri format çaplar sırasına daxildir. Reklam lövhələrinin hazırlanması, vitrin və şüşələrin örtülməsi, avtobus üzərinə reklamların yerləşdirilməsi, tabloların hazırlanmasında vinil çapı və ya kəsimindən istifadə olunur. Bu sahədə tətbiq etdiyimiz avadanlıqlarda vinilin yüksək keyfiyyətli eko-solvent boyalarla çapı və kəsimi həyata keçirilir. Maksimum çap sahəsinin eni 3200 mm təşkil edir. Çap m/kv ilə hesablanır. Avadanlıqda çapın fərqli rejimləri mövcuddur ki, qiymətə və sifarişin təhvil verilmə müddətinə təsir edən əsas amil hesab olunur.