Şəxsi kabinet

İri formatlı çaplar

Holst çapı


Holst təbii parça əsaslı kətan materialdır. O parçanın fakturasını qoruyan birtərəfli nazik parlaq və mat örtükdən ibarətdir. Bu material yüksək keyfiyyətli iriformatlı foto çap - fotoportret, bədii və dizayn qrafikasının çapı, şəkillərin surətinin köçürülməsi üçün nəzərdə tutulur. Holstun rütubət dəyişikliyinə davamlı olması onun üzərində rəngin qurumasına heç bir əks təsir göstərmir. Material yüksək foto keyfiyyətdə ekosolvent çap olunduqdan sonra çərçivə çəkilərək bərkidilir. Materialın keyfiyyətli olması holstu dartılma zamanı deformasiyaya uğramadan qoruyur. Məhz iriformatlı çapın bu növü ev, otel və ofislərin interyerinin tamamlayıcı hissinə çevrilmişdir.
Holstun maksimum çap sahəsinin eni 1180 mm, çap keyfiyyəti isə 1440 dpi təşkil edir. Çap m/kv ilə hesablanır. Avadanlıqda çap foto rejimdə aparılır. İstəyə görə çapdan sonra materiala lak da vurula bilər. Çapın qiyməti və sifarişin təhvil verilmə müddəti ilə bağlı ofis menecerimizlə əlaqə saxlaya bilərsiniz.