Texno parkımıza daxil olan HP Latex 360 iri formatlı çap avadanlığı yüksək sürətlə yüksək keyfiyyətin ahəngini özündə birləşdirir. Maksimal çap sahəsinin eni 1620 mm təşkil edir. Çap sürəti keyfiyyətdən asılı olaraq saatda 91m2-ə bərabərdir. 8 düym sensor ekrana malikdir. Katriclərin sayı 7 ədəd, çap başlığının sayı isə 6 ədəddir. Bu avadanlığında çap olunmuş məhsulun keyfiyyəti onu həm çöl reklamında, həm də interyer dizaynda istifadə etməyə imkan yaradır. Bu avadanlıqda fərqli materiallarda: oboy, vinil, banner, tekstil məmulatları, xolst, sintetk materiallar və s.) yüksək keyfiyyətlə çap etmək mümkündür. Avadanlıq üzərində quraşdırılmış qurudulma sistemi dərhal çapdan sonra məmulatdan istifadəyə imkan yaradır. Lateks boyasının tərkibinin təkmilləşdirilməsi isə çapları uzun müddətli edir, onun təbbi və mexaniki təsirlərə qarşı davamlı olmasını təmin edir.
HP Latex 360 çap avadanlığı iriformatlı çap avadanlıqları seriyasında 2015-ci ildə Quick Printing 2015 Top Product Award mükafatına layiq görülmüşdür.