Texnoparkımıza yenicə daxil olan rəqəmsal çap avadanlığı - Xerox Versant 280 Press artıq istifadəyə verilmişdir. Öz sinfinin daha öncəki modellerindən əsas fərqi - 25% daha sürətli çap etmə imkanına malik olmasıdır. Avadanlığın maksimal 400 qr. fərqli teksturalı kağızıda və 1200 dpi icazə ilə çap etmə imkanı çox kiçik görüntüləri belə yüksək keyfiyyətlə təsvirinə imkan yaradır. Dəqiqədə 80 vərəq, A4 formatda dupleks çap etmək olar. Maksimal çap ölçüsü isə - 1200 x 330 mm-dir.