Şəxsi kabinet

Naxış basma üsulu ilə çap

Naxış basma – müxtəlif materiallarlar üzrə folqa ilə dekarativ tərtibatdır (karton, vinil, dəri və s.). Vizitkaların, dəvətnamələrin, blankların, açıqçaların hazırlanmasında, təbii və süni dəri məmulatlarında istifadə olunur. Qoloqrafik folqadan istifadə etməklə naxış basma çox vaxt sənədi saxta sənədlərdən müdafiə üçün istifadə olunur.
İsti naxış basma standard rəngli folqa ilə hazırlanır. Bu üsulla mürəkkəb tərkibli rənglərin olunması mümkün deyil.
Görüntünün alınması üçün folqanın bir neçə tipi təklif olunur: metal (qızıl, gümüş, bürünc), piqment (tutqun və parlaq, boya kimi görünür) holoqrafik (müxtəlif həndəsi naxışlarla, təkrarlanan rəsmlərlə).
Təklif olunan naxış basma fotopolimer klişe ilə həyata keçirilir. Bu texnologiya görüntünün təzyiq etmə yolu ilə klişenin materiala vurulmasına əsaslanır. Məhz klişe informasiyanı ifadə edən xüsusi formadır. O polimerdən, sinkdən, maqneziumdan, misdən, latundan və ya digər materiallardan hazırlana bilər. Klişe dəzgahın lövhəsinə bərkidilir. Naxış basma zamanı folqadan istifadə olunduğu halda klişe 105-120 dərəcəyə qədər qızdırılır. Bu texnologiyadan istifadə etməklə məmulatlara minimum məsrəf və vaxt sərf edərək gözoxşayan məhsullar əldə etmək olar.