Şəxsi kabinet

UV Printer Brotherjet 4480

UV çap avadanlığı 2003-cü ildən reklam və promo bazarına daxil olmuş və halhazırda müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşməkdədir. İstifadəmizdə olan kiçik formatlı Brotherjet 4480 UV planşetli printerinin çap sahəsi 420x600 mm təşkil edir. Bu avadanlıq EPSON DX5 çap başlığı ilə çalışaraq 2880x1440 dpi icazə ilə foto keyfiyyətli görüntü realizə edir (CMYK + LC + LM + WW / CMYK + WWWW). Şəffaf olmayan dayanıqlı ağ boya və qurutma prosesinin sürətli olması tünd materiallar üzərində yüksək keyfiyyətli görüntü almağa imkan verir. Hətta istənilən rəngli məmulat üzərinə parlaq rənglər çap etmək də mümkündür. Bunun üçün ilk öncə ağ şəffaf olmayan altlıq çap olunur. Daha sonra onun üzərindən rəngli 3D görünüşlü görüntü çap etmək olar. Bu avanadlıqda hündürlüyü 14 sm qədər olan istənilən düz səthə malik məmulatlar və materiallar üzərində çap etmək mümkündür. Brotherjet 4480 UV planşetli printeri keramika, şəffaf şüşə, akril, plastik kimi materiallar üzərinə hətta 3D teksturalı çap etmə imkanına malikdir. Çapın keyfiyyəti isə çap olunacaq səthin xüsusiyyətlərindən asılıdır. Bu prosesə çap başlığı, boyanın ötürülməsi və UV-qurutma sistemi, çap kontrollerləri kimi əsas sistemlərin birgə fəaliyyəti birbaşa təsir edir. Qurutma sisteminin effektivliyi isə məmulatın dərhal çapdan sonra istifadəsini mümkün edir.