Şəxsi kabinet

Vizit kartlar

UV çaplı vizit kartlar


Premium kateqoriyaya daxil olan bu çap üsulu yüksək dəqiqlikli qrafik təsvirli xətlərlə möhtəşəm tekstura və relyef yaradır. Tünd materiallarda tam rəngli çap hətta çox kiçik elementləri belə relyefli təsvir etmək imkanına malikdir. Əlavə olaraq təsvirə parlaq və tutqun lak tətbiq etmək də mümkündür. Bu çap üsulunda kağızın qalınlığını tənzimləmək olar. Eyni zamanda UV çap avadanlığında istifadə olunan mürəkkəblər ekoloji cəhətdən təmiz, qoxusuz və sağlamlığa tamamilə zərərsiz olması ilə də fərqlənir. Elementlərin və ya mətnin seçmə laklanması və termosetləşdirilməsi vizit kartlarınızı daha gözəl və möhkəm etməyə imkan yaradacaqdır. Zamanın tələbinə uyğun olan trendlərdən geri qalmayın.