Menyu informasiya verici xarakterə malik çap məhsuludur. O ya bir vərəqdən ibarət ola və ya kataloq formasında dizayn oluna bilər. A4, A5 və qeyri-standart formatlarda hazırlanan bu çap məhsulu 170-300 qr. kağızda çap olunduqdan sonra davamlı olması üçün adətən laminasiya olunur. Prujinlə cildlənə və ya xüsusi hazırlanmış dəri qovluq arasına yerləşdirilə bilər. Bəzi hallarda dizaynın tələblərinə uyğun olaraq üzlük qalın cild formasında ola bilər. Dəri menyu üzlükləri təmiz dəri və dəri əvəzedicisi kimi seçilmiş materiallardan hazırlanır. Dizayna uyğun olaraq kənarları tikilə bilər. Üzərində trafaret çapı, isti basqı və ya şild ilə sifarişçinin loqosu həkk oluna bilər. Menyu dəri üzlüyə kənardan qızılı və ya gümüşü boltla bərkidilir.
Dizayna uyğun olaraq menyunun hazırlanma qaydaları fərqli olduğundan qiymət barədə ofis-menecerimizlə əlaqə saxlayın. Hazırlanma müddəti dizaynın mürəkkəbliyindən və tirajdan asılı olaraq bir neçə günə qədər ola bilər.