Şəxsi kabinet

Roland DGXPRESS UG-642 avadanlığı texnopakımızda

Texnoparkımıza daxil olan Roland DGXPRESS UG-642 iri formatlı çap avadanlığı, parlaq UV boya ilə yüksək keyfiyyətli qabarıq 3D effektli çaplar həyata keçirir. Çap sahəsi 1600 mm olan bu avadanlığın maksimal çap keyfiyyəti - 1200 dpi təşkil edir. Həmçinin fərqli materiallar üzərində çapın mümkünlüyü onun universal olması anlamına gəlir. Solmayan parlaq UV boya ilə həyata keçirilən çaplar cızılmaya davamlı olması xüsusiyyətinə də malikdir.