Şəxsi kabinet

Tez-tez verilən suallar

Sual: Şirkətiniz rebrendinqdən öncə hansı adla fəaliyyət göstərmişdir?

 

Cavab: Şirkətimiz daha öncə rəsmi olaraq “Printing Supplies” adı ilə fəaliyyətə başlamışdır. 2014-cü ildə isə zamanın tələbinə uyğun rebrendinq edərək “Allprint” adı ilə fəaliyyətini uğurla davam etdirir.

 

Sual: Neçə ildir ki, şirkətiniz poliqrafiya və reklam bazarında mövcuddur?

 

Cavab: "Allprint" şirkəti (daha öncə Printing Supplies) 2004-cü ildən etibarən poliqrafiya xidmətləri və promo məhsullar istehsalı bazarındadır. Halhazırda şirkətimizdə çap işlərinin ən qısa zamanda yerinə yetirilməsinə imkan yaradan müasir poliqrafiya avadanlıqları quraşdırılmışdır. Şirkət fərqli ünvanlarda yerləşən ofis və istehsalat sahəsinə malikdir.

 

Sual: Onlayn sifariş nədir?

 

Cavab: Onlayn sifariş sistemi - sifarişçi ilə icraçı arasında olan virtual körpüdür. Bu sistem müştəriyə yerini tərk etmədən sifariş verməyə imkan yaradır. Onlayn sifariş saytda qeydiyyatdan keçdikdən sonra sifariş sorğusu əsasında həyata keçirilir. Sifarişiniz çap formatda (PDF, CDR, AI, TIFF, PSD) saytımıza təqdim olunduqdan sonra sizə ətraflı şəkildə məlumat veriləcəkdir.

 

Sual: İşçi heyətinizin operativlik səviyyəsi yüksəkdirmi?

 

Cavab: Şirkətimizdə ştat cədvəli əsasən çalışan təcrübəli və yaradıcı (kreativ) işçilər istənilən formada olan sifarişinizi yerinə yetirə və sifarişlə bağlı istəklərinizin həyata keçməsində Sizə yardımçı ola bilərlər. Sifarişçinin istəyinə əsasən maketin dizaynına və üslubuna dair istək və tələblər özünün iştirakı ilə hazırlana bilər.

 

Sual: Hansı konkret adlı məhsulları istehsal edirsiniz?

 

Cavab: Saytımızın məhsul kateqoriyasında yer alan bütün məhsullar hazırlanır, çap öncəsi və çap sonrası xidmətlər də göstərilir.

 

Sual: Operativ çapın müddəti orta hesabla nə qədərdir?

 

Cavab: Çapın operativliyi sifarişin mürəkkəbliyindən asılıdır. Məhz buna görə də sifarişin hazırlanma vaxtı - 15 dəqiqə ilə bir neçə gün aralığında ola bilər. Əgər vizit kart eskizi tələb olunan formatda tam hazırdırsa, 100 ədəd vizit kart 15 dəqiqəyə sizə təhvilə bilər.