Şəxsi kabinet

Menyular

Taxta menyular


Menyu informasiya verici xarakterə malik çap məhsuludur. Taxta məmulatı üzərində hazırlanan menyular özəl görünüşə malik olur. Bu səbəbdən fərqli dizaynda hazırlanan bu menyuların üzəri ya lazer kəsmə və nəqqaşlama üsulu ilə hazırlanır ya da trafater üsulu ilə çap olunur. Dizayna uyğun olaraq kənarları dəri material ilə birləşdirilə bilər. Bəzən də menyu içliyi çap olunaraq ya tək vərəq halında içərisinə yerləşdirilir ya da kataloq kimi soldan və ya yuxarıdan taxta altlığa bərkidilir. 
Dizayna uyğun olaraq menyunun hazırlanma qaydaları fərqli olduğundan qiymət barədə ofis-menecerimizlə əlaqə saxlayın. Hazırlanma müddəti dizaynın mürəkkəbliyindən və tirajdan asılı olaraq bir neçə günə qədər ola bilər.