Şəxsi kabinet

Lazer kəsim və nəqqaşlama

Lazer kəsimlər


Lazer kəsim reklam tablolarının, inkrustasiya işlərinin, promo məhsulların hazırlanmasında geniş tətbiq olunan vasitələrdən biridir. Onun əsas prinsipi eskizin hər hansı bir məmulatın üzərində fokuslaşmış lazer şüası vasitəsilə kəsilməsindən ibarətdir. Bunun üçün nəzərdə tutulan avadanlıqlardan istifadə edərək plastik, metal (romark), taxta, kağız, karton kimi düz və ya həcmli məmulatlar üzərində kəsim aparmaq mümkündür.
Lazer avadanlığında kəsimin qiyməti 1 sm/kv üçün hesablandığından məhsulun qiyməti ilə bağlı olaraq ofis menecerimizlə əlaqə saxlaya bilərsiniz. Hazırlanma müddəti sifarişin həcmindən asılı olaraq bir gündən bir neçə günə qədər ola bilər.