Şəxsi kabinet

İri formatlı çaplar

Oboy materialı üzərində çap


Oboy interyer dizaynda xüsusi yer tutan materialdır. Artıq iri formatlı çap avadanlıqları oboy materialı üzərində istəyinizə uyğun olaraq çaplar həyata keçirə bilirlər. Xüsusi oboy materialı üzərinə keyfiyyətli ekosolvent boya ilə istənilən şəkil və ya naxış çap etmək olar. Bu oboylar xüsusilə ekoloji təmiz və keyfiyyətli olması ilə seçilir. Çapdan sonra daha dolğun görüntü almaq üçün oboy materialına xüsusi lak vurulur. Çap olunmuş oboy materialı rütubətə və günəş şüasına da davamlıdır. Oboyun maksimum çap sahəsinin eni 1180 mm, çap keyfiyyəti isə 720-1440 dpi təşkil edir. Çap m/kv ilə hesablanır. Çapın qiyməti və sifarişin təhvil verilmə müddəti sifarişin həcmindən asılıdır. Bununla əlaqədar olaraq ofis menecerimizlə əlaqə saxlaya bilərsiniz.