Şəxsi kabinet

Plastik kartlar

Ağ plastik üzərində tam rəngli çap


Plastik kartlar artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Onların arasında daha çox istifadə olunanlar nəqliyyat, endirim, bonus, bank kartlarıdır. Ağ plastik kartlar üzərində çap sublimasiya, UV və vinil aplikasiya üsulu ilə həyata keçirilir. Əsasən sublimasiya üçün nəzərdə tutulmuş xüsusi kağızda çap olunur və daha sonra A4 format plastik lövhəyə köçürülərək lazımı ölçüdə kəsilir. Standart olaraq plastik kartın ölçüsü 86x54 mm-dir. Lakin plastik list formasında olduğundan istənilən ölçüdə kartlar hazırlamaq mümkündür. Plastik kartların hazırlanması zaman kartın personalizasiyası da mümkündür, yəni onun üzərinə nömrənin və ya şəxsi məlumatların yerləşdirmək olar.
Kartlarının sayından asılı olaraq hazırlanma müddəti bir gündən bir neçə günə qədər ola bilər. Plastik kartlar üzərində imza və ya möhürün yerləşdirilməsi üçün yazılı müraciət etmək lazımdır.