Şəxsi kabinet

Bloknotlar

Sərt üzlüklü cildli


Bloknotlar həm korporativ üsluba uyğun olaraq, həm də xüsusi dizaynla hazırlana bilər. Üz vərəqi nisbətən qalın, iç vərəqi isə daha nazik kagizdan həm çaplı, həm də çapsız olaraq hazırlanan bu məhsul qeyd dəftəri kimi istifadə təyinatına malikdir. Özəl bloknotlar stokda mövcud olan xüsusi kağızdan və fərqli çap texnologiyası ilə hətta içi rəngli çapla hazırlana bilər. Üzərində adətən mənsub olduğu şirkətin loqosu, əlaqə məlumatları öz əksini tapır. Sərt üzlüklü cildləmə üçün xüsusi cild materiallardan istifadə olunur. Hazırlanma vaxtı ölçüşündən, sayından və hazırlanma üsulundan asılı olaraq bir neçə günə qədər ola bilər. Özəl bloknotların hazırlanma qiyməti fəqrli qaydada hesablanır.