Şəxsi kabinet

Haqqımızda

     Şirkətimiz rəsmi olaraq 2014-cü ildən fəaliyyətə başlamışdır. Bu müddət ərzində bu adın doğrulması, operativ poliqrafiya bazarında aparıcı mövqeni tutması üçün səmərəli fəaliyyətini iri addımlarla davam etdirir. Allprint şirkəti praktiki olaraq hər bir tapşırığın öhdəsindən gələn, yüksək keyfiyyət və münasib qiymətin ahəngini özündə birləşdirən peşəkar ixtisasçıların komandasıdır. Bizim fəaliyyətimizin əsas məqsədi müştərilərimizlə uzun müddətli, faydalı əlaqələr qurmaq və inkişaf etdirməyə yönəlmişdir. Sifarişi yerinə yetirərkən kompleks yanaşmanın mövcudluğu müştərilərimizə vaxtına və puluna qənaət etməyə imkan verir. Biz maksimum peşəkarlıq göstərərək hər hansı bir istəyi reallaşdırmağa çalışırıq. Bu məqsədlə fəaliyyətimizdə yeni istiqamətlər kəşf edib, öyrənirik. Müştərilərimizə geniş spektrli reklam xidmətinin göstərilməsi məqsədilə çap işləri sahəsində yeni texnoloji həllərin daim axtarışındayıq. Bu məqsədlə yeni avadanlıqlar alınmış və onların miqyaslı tətbiqinə başlanmışdır. Avropanın tanınmış kağız brendlərində olan Koehler, Lana, Conqueror, Fedriqoni kimi şirkətlərdən 100-dən artıq kağız növü idxal edən şirkətimiz sizə çap məhsullarınızın tam fərqli görünməsinə şərait yaradır.

      Allprint şirkəti vinil, banner, fleks, tekstil kimi materilallar üzərində iriformatlı çaplar və oların mantaj olunmasını da həyata keçirir. Bu sahədə müştərilərimizə solvent və ekosolvent çap üsullarını təklif edirik. Siz interyer və eksteryer reklamlarının çapını, bilbord, poster, skoller, işıqlı və işıqsız reklamlar, müxtəlif ölçülü roll-up, pop-up və s. iri formatlı çaplar sifariş verə bilərsiniz. Şirkətimiz həmşinin bir sıra yenilikləri ilə də yadda qalmışdır. Ölkəmizə ilk lazer kəsim və nəqqaşlama avadanlığını gətirmiş şirkətimiz inkrustasiya sahəsində də peşəkar təcrübəyə malikdir. Məhz bizdə şpon və venqe ilə zövqlə işlənib hazırlanmış məhsulları sifariş verə bilərsiniz.

     Allprint şirkəti promo məhsulların hazırlanması istiqamətində də fəaliyyətini davam etdirir. Bu sahədə aparıcı şirkətlərlə əməkdaşlıq edən şirkətimiz sizlərə müxtəlif çeşiddə promo məhsullar təklif edir. Bu təklifdən yararlanan müştərilərimiz vaxtına qənaət edərək yüksək keyfiyyətli məhsulu münasib qiymətə əldə edə bilərlər.            

     Beləliklə də, Sizi zamanın tələbinə tam cavab verən reklam və poliqrafiya şirkəti ilə əməkdaşlıq etməyə və bizim faydalı təkliflərimizdən yararlanmağa dəvət edirik. Siz sadəcə brendinizin inkişafını bizə etibar edin - qalanı bizlikdir!