Şəxsi kabinet

İstifadə qaydaları

Sifarişin dəyərinin ödənilməsi


Sifarişçi "allprint.az" saytından hər hansı məhsulun alınması üçün sifariş verərsə o, bu saytda əks olunan məhsulun dəyərini "Allprint" şirkətinə ödəməyi öhdəsinə götürür. Alıcı məhsulun dəyərinin ödənilməsi üçün "Allprint" tərəfindən təklif edilən ödəniş qaydalarından biri haqqında şirkətə məlumat verməlidir. Sifarişçinin seçdiyi ödəniş qaydasında avans ödəniş nəzərdə tutularsa, o zaman sifarişçi xidmətin göstərilməsi ilə bağlı sifariş formasını tərtib etdiyi andan etibarən 3 təqvim günü ərzində "Allprint" şirkətinə məhsul və ya xidmətin dəyərini ödəməlidir.


Tərəflərin məsuliyyəti


Əgər insan faktoru, məhsulların müvəqqəti olmaması, avadanlığın düzgün işləməməsi, təchizatçıdan zədəli malın gəlməsi və ya digər texniki qüsurlar səbəbindən şirkət öz öhdəliklərini sifarişin tələb olunduğu qaydada və vaxtında yetirə bilmirsə, sifarişçi qarşısında, aldığı məhsul dəyərinin civarında cavabdehlik daşıyır.


Sifarişçinin hüquqları


Bu razılaşmaya əsasən sifarişçi "Allprint" şirkətindən öz öhdəliklərini lazımı qaydada yerinə yetirilməsini tələb etməlidir.