Şəxsi kabinet

Təqvimlər

Divar təqvimləri


Təqvim gündəlik və iş həyatımızda daha çox istifadə olunan çap məhsullarından biridir. Onun divar, stolüstu, cib təqvimi kimi növləri vardır və hər biri fərqli qaydada hazırlanma texnologiyasına malikdir. Divar təqviminin iç hissəsi 6-12 vərəqdən və üz qabığından ibarət olaraq, yuxarıdan metal prujinlə cildlənən formada olur. Fərqli formatlarda hazırlanan bu təqvimlər tirajdan asılı olaraq həm rəqəmsal həm də ofset üsulu ilə çap oluna bilər. Təqvimin maketi təqdim olunarkən hər üzü ayrı-ayrı səhifələrdə göstərilməlidir. Divar təqvimi sifariş əsasında həm korporativ üsluba uyğun, həm də fərdi dizaynla hazırlana bilər. Üzərində adətən mənsub olduğu şirkətin loqosu, əlaqə məlumatları və 12 aylıq təqvim öz əksini tapır. Adətən standart ölçülərdə hazırlanır. Tirajdan asılı olaraq həm rəqəmsal, həm də ofset üsulu ilə çap oluna bilər. Çapdan sonra laminasiya olunaraq dəmir prujinlə cildlənir. Dizayna uyğun olaraq 1 və ya 2 tərəfli qaydada çap oluna bilər. Təqvimin hazırlanma vaxtı ölçüsündən, sayından və hazırlanma üsulundan asılı olaraq bir neçə günə qədər ola bilər.