Şəxsi kabinet

Zərflər

Özəl zərflər


Zərf korporativ üsluba uyğun olaraq hazırlanır, kağız məhsulların saxlanılması və daşınması zamanı tətbiq olunur. Onun üzərində adətən mənsub olduğu şirkətin loqosu, əlaqə məlumatları və çatdırılacaq ünvan və ya şəxsin adı öz əksini tapır. Standart olaraq DL, C3, C4, C5, C6 formatlarda olmasına baxmayaraq, qeyri-standart ölçülü zərfləri də hazırlamaq mümkündür. Zərflərin hazırlanması zamanı stokda olan özəl kagızlardan istifadə etmək olar. Həm standart, həm də qeyri-standart ölçülü zərflərin hazırlanması zamanı personalizasiya mümkündür. 
Zərfin hazırlanma vaxtı ölçüşündən, sayından və hazırlanma üsulundan asılı olaraq bir saatdan bir neçə günə qədər ola bilər. Qeyri-standart zərflərin hazırlanma qiyməti fəqrli qaydada hesablanır.