Şəxsi kabinet

Folderlər

Özəl qovluqlar


Folder (qovluq) şirkətin korporativ uslubuna uyğun olaraq hazırlanan çap məhsullarından biridir. O tədbirlərdə və ya gündəlik iş həyatında şirkətin korporativ sənədlərinin təqdimatı üçün istifadə olunur. Özəl qovluqların hazırlanmasında stokda olan xüsusi kağızlara üstünlük verilir. Bəzən seçilmiş kağızın fakturasını saxlamaq məqsədilə laminasiya olunmaya da bilər. Üzərində basqı və ya trafaret üsulu ilə çap olunması mümkündür. Qovluğun cib hissəsində isə dizayna görə vizit kartı və ya disk üçün yer nəzərdə tutula bilər.

Qovluğun hazırlanma vaxtı çap üsulundan və sayından asılı olaraq bir gündən bir neçə günə qədər ola bilər. Özəl folderlərin hazırlanma qiyməti fəqrli qaydada hesablanır.