Şəxsi kabinet

Promo məhsullar üzərində çap

Qələmlər


Promo məhsullar şirkətin inkişaf tempinə təsir edə biləcək strategiyasının vacib hissəsidir. Allprint şirkəti çap məhsulları ilə yanaşı promo məhsullar üzərində çap xidmətini də həyata keçirir. Dünyanın aparıcı promo məhsul istehsalçıları ilə əməkdaşlığımız bizə keyfiyyətli məhsullardan istifadə etməyə imkan yaratmışdır. Promo məhsullar üzərində fərqli texnologiyalarla (tampon, ipək çapı, sublimasiya, lazer nəqqaşlama, UV çapı) həyata keçirilən çap daim keyfiyyəti ilə fərqləndiyindən artıq geniş sifarişçi kütləsi əldə etmişdir. Siz sadəcə saytımızdakı stok məhsulları bölümlərinə daxil olaraq promo məhsullar barədə daha ətraflı məlumat əldə edə bilərsiniz. Promo məhsullar arasında qələm üzərində çap əsas yeri tutur. Şirkətlər tanıtım məqsədilə öz brendlərini qələm üzərində həkk olunmasında daima maraqlı olublar. Stokumuzda mövcud olan plastik və ya metal qələmlər üzərində fərqli üsullarla basqı və nəqqaşlama həyata keçirilir. Çap üsulları fəqrli olduğundan məhsulların qiymətinin hesablanması ilə əlaqədar olaraq ofis menecerimizlə əlaqə saxlayın.