Şəxsi kabinet

Bukletlər

Standart


Buklet vərəqin hər iki tərəfinə çap olunmuş və qatlanan formalı çap məhsuludur. O da imic və ya reklam xarakterli çap məhsulları sırasına daxildir. Reklam layihələrinin müxtəlifliyindən asılı olaraq bukletlər şirkət, məhsul və ya xidmət haqqında məlumat verən informasiya daşıyıcısı hesab olunur. Adətən onların sərgi, yarmarka, təqdimat mərasimlərində və digər promo aksiyalarda yayılması nəzərdə tutulur. Bununlada geniş auditoriya kütləsi əldə etmək imkanı yaranır.
Bukletin tirajından asılı olaraq rəqəmsal və ofset üsulu ilə çapı həyata keçirilir. O, standart və qeyri-standart formatlarda, 130-250 qr. aralığında olan sadə və özəl kağızlarda hazırlana bilər. İstehsal zamanı tam, hissəli UF laklama, bir və iki tərəfli laminasiyadan istifadə etmək olar. Bukletin hazırlanma müddəti sayında və çap üsulundan asılı olaraq bir gündən bir neçə günə qədər ola bilər.