Şəxsi kabinet

Kataloqlar

Sərt üzlüklü cildli


Kataloq reklam və poliqrafiyanın vacib çap məhsullarından biridir. O sistemli şəkildə şirkət, məhsul və ya xidmətlər haqqında təsvir olunan informasiyanı özündə əks etdirir. Mütəmmadi olaraq çap olunan bu informasiya daşıyıcısı daha geniş auditoriyaya təsir göstərə bilir.
Fəaliyyət sferalarının fərqli istiqamətləri olduğundan hazırlanan kataloqlar da müxtəlif ölçülərdə və üslublarda olur. Üz qabığı və iç hissəsi adətən fərqli qrama malik kağızlarda çap olunur. O, A5, A4, A3 və standart olmayan formatlarda, 90-300 qr. aralığında olan sadə və özəl kağızlarda hazırlana bilər. Hazırlanan kataloqlara çap sonrası xidmətlərdə göstərilir. İstehsal zamanı tam, hissəli UF laklama, bir və iki tərəfli laminasiyadan, 3D görüntü verə bilən laminasiyalar tətbiq oluna bilər. Kataloqun hazırlanma müddəti sayından və çap üsulundan asılı olaraq fərqlidir. Dizayn tam hazır olarsa kataloqun hazırlanması üçün bir neçə gün vaxt tələb olunur.