Şəxsi kabinet

Vizit kartlar

İpək (trafaret) çaplı vizit kartlar


Mərhələli şəkildə həyata keçirilən bu çap üsulu ilə müxtəlif məmulatların səthinə çap etmək mümkündür. Bu məqsədlə stokumuzda olan fərqli rəng və fakturalı kağızlarda ipək çapı üsulu ilə hazırlanmış vizit kartları sifariş verə bilərsiniz. Seçilmiş kağızın fakturasına uyğun olaraq sizə loqo, yazının termoqaldırılması və ya sadə çap forması təklif olunacaqdır. Bu çap üsulu üçün tətbiq edilən boya ofset çap boyasına nisbətən qalın olduğundan tünd rəngli kağızlarda daha yaxşı görüntü effekti yaradır. İpək çapı ilə hazırlanan vizit kartlarında istifadə olunan hər bir ayrı rəng vizit kartın qiymətinə təsir göstərir.